13 avqust 2020 12:42
1396

Astarada 2 mərtəbəli ev yanıb

Astara rayonunun Səlivə kəndində ümumi sahəsi 220 m² olan 2 mərtəbəli evin yanar konstruksiyaları yanıb.

“İki sahil” FHN-ə istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.