18 oktyabr 2019 17:47
958

Ata övladını xilas etmək üçün özünü avtobusun altına atdı - VİDEO

Qazaxıstanda sərnişin avtobusu iki şəxsi vurub. Hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb. 

"İki sahil" Oxu.az-a istinadən xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkədə yayımlanıb. 

Qızılordada avtobusun qabağına qaçan dörd yaşlı övladını xilas etmək istəyən ata özünü maşının altına atıb. 

Qəza nəticəsində ata hadisə yerində keçinib, övladı isə yaralı halda xəstəxanaya yerləşdirilib.

""