08 avqust 2019 12:02
88

Atambayev Bişkekdə mitinq keçirəcək

Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayev bu gün yerli vaxtla saat 16.00-da (Bakı vaxtı ilə saat 18.00-da) ölkə paytaxtı Bişkekdə “Forum”un binası qarşısında mitinq keçirəcək.

"İki sahil" “Report”a istinadən xəbər verir ki, bunu Alamzbek Atambayev avqustun 8-də Koy-Taş kəndində tərəfdarları qarşısında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, həmin aksiyada tərəfdarları ilə görüşəcək və bu tədbirdən sonra, o, parlamentin binası qarşısında mitinq keçirməyi planlaşdırır.

Keçmiş prezident bildirib ki, hadisə zamanı tərəfdarları silahlı olmayıb, xüsusi təyinatlının ölümündə isə hakimiyyət günahkardır.

Qeyd edək ki, avqustun 7-də Almazbek Atambayevin tutulması ilə bağlı Koy-Taş kəndində yerləşən iqamətgahına respublikanın təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən hücum olub.

Xatırladaq ki, Koy-Taş kəndi Bişkekdən 20 km aralıda yerləşir.