23 may 2019 13:20
310

Atasının komandasına qol vurdu, ağladı -  VİDEO

Venesuela Premyer Liqasının son turunda maraqlı hadisə yaşanıb.

"İki sahil" Qol.az-a istinadən xəbər verir ki, "Puerto Kabelyo" - "Deportivo Takira" oyununun (2:2) əsas vaxtına əlavə olunmuş dəqiqələrdə hesabı bərabərləşdirən qonaq komandanın hücumçusu Cankarlo Maldonado sevinmək əvəzinə, ağlayıb. Vurduğu qolla atası Karlos Maldonadonun çalışdırdığı "Puerto Kabelyo" klubunun "play-off"a vəsiqə qazanmasına imkan verməyən 36 yaşlı futbolçu göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, bu heç-heçədən sonra hər iki komanda çempionluq yarışından kənarda qalıb.