21 noyabr 2019 20:49
1672

Ateistlər: Onlar üçün heç bir dinə inanmaq şərt deyil

“Ateizm” dediyimizdə hər hansı bir  ilahi qüvvənin mövcudluğuna inamın olmamasıdır. “Ateizm” qədim yunan sözüdür “ateos”, mənası “tanrı yoxdur” deməkdir. Sosioloq Fil Zukermanın  ateizm haqqında məqalələri çoxdur. Bu məqalələrdə sosioloq ilahi tanrıya inamı olmayan insanlardan bəhs edir və “ateizmin” hansı ölkələrdə daha çox yayıldığı haqqda məlumat verib. Onun muşahidələrinə görə, bəzi ateistlərin sekulyar fəlsəfəni mənimsəməsinə baxmayaraq, bütün ateistlərin bir ideologiya və ya müəyyən davranış qaydaları yoxdur. Zukermanın sözlərinə görə, cəmiyyətdə qüvvənin təmin olunması dini inancların azalmasına səbəb olur. “Ateizm” daha çox həyat səviyyəsi yüksək olan ölkələrdə  yayılıb. Elmin inkişafı və azad düşüncənin yayılması ilə bu inamsızlıq daha da artır. Bəzi ölkələr var ki, onlarda yaşayan insanların əksəriyyəti heç bir ilahi qüvvəyə inanmırlar. Bu ölkələrin içində bunları sadalaya bilərik:

Estoniya: Estoniyada yaşayan əhalinin 49%-inin  bir dini inancı yoxdur. Xristian dini bu ölkəyə Xl əsrdə qəlib. Lakin xalqın arasında bu din heç özünəməxsus bir yer tuta bilməyib. 1921-ci ildə Estoniya müstəqilliyini  qeyd edəndən sonra dini inancları dahada azalır. Əhalisinin əksərriyyəti Avropa mənşəli olan bu ölkədə hal-hazırdada “ateizm” çox yayılıb.

Cənubi Koreya: Cənubi Koreyada yaşayan əhalinin 52%-i heç bir ilahi qüvvəyə inancı yoxdur. Bu ölkədə texnoloji inkşafın və təhsil səviyyəsinin yüksək olması  dini inancların azalmasına gətirib. Cənubi Koreyanın digər yarısı “Çxon-döqe” adlı yeni dinə ibadət edirlər.Buddizm  də Cənubi Koreyada özünəməxsus yer tutur.

Fransa: Fransada “ateizmin” qədim kökləri var. XVIII əsrdə maarifçilik dönəmi yaşayan Fransada “Bənzəri görünməmiş ateizm”adlı ağılın üstünlüyünü müdafiə edən böyük siyasi hərəkat oldu. Fransada baş verən inqilabın tələblərinə görə, 1905-ci ildə din dövlətdən ayrılır. Hətta orta məktəblərdə belə dinin təbliğ olunmasına qadağalar qoyulub.

Finlandiya: XIX əsrə qədər Finlandiyada lüteranlıq daha çox yayılmışdır. 1889-cu ildən başlayaraq Finlandiyada yaşayan hər bir insan hansı dinə ibadət edəcəyini özü qərar verə bilər. Burada yaşayan insanların 60%-inin heç bir dini bağlılığı yoxdur.

Çexiya: XX əsrin birinci yarısına qədər Çexiyada ənənəvi olaraq xristianlıq üstünlük təşkil edirdi. Ən çox yayılan katolisizm olub. Müasir zamanda Çexiyada dindarların sayı əhəmiyyətli dərəcədə azalıb və indi Çexiya dinə ən az inan ölkələr sırasındadır. Bu ölkədə yaşayanların  yalnız 21%-i  dinin həyatlarında önəmli yer tutduğunu düşünür.

Yaponiya:  Uzaq Şərqin nəhəng ölkəsi sayılan Yaponiyada yalnız əhalinin 25%-i dindardır. Yaponlar  daha çox milli adət-ənənələri qoruyan  bir xalqdır. Burada yaşayan insanlar buddizm və sintoizm dinlərinə ibadət edirlər.Bu dinlərə əsasən hər hansı bir ilahi qüvvəyə sitayiş etmək şərt deyil. İnnovasiyaların və elmin inkşafı ilə “ateizm” Yaponiyada tam yayılıb.

Norveç: Norveçdə yaşayan  əhalinin 75% -i heç bir dinə v itaət etmirlər. Norveç son illər ərzində insan dərrakəsinin inkşafı göstəricisinə görə birinci yer tutur. Bu ölkə, həmçinin dünyanın ən sakit və sülhsevər ölkəsi hesab edilir. Burada yaşayan insanlar dövlətlərindən çox razıdırlar. “Xoşbəxt xalq” hər hansı bir ilahi qüvvəyə bağlı olmağı düzgün hesab etmir.

Danimarka: Danimarkada dini ehkamların rədd olunması haqqında qərar verilib. Burada hətta müqqədəs kitab “İncili” küçədə oda versən, heç bir insan bu hərəkətə qarşı çıxmaz. Krallığın yaydığı məlumata görə, din insanların nə edəcəyinə qərar verə bilməz. Bu ölkədə əhalinin 80%-i özlərini “ateist” adlandırırlar.

İsveçrə: İsveçrə dünyanın ən sekulyar ölkələrindən biri sayılır. Bu ölkədə yaşayan insanlar toy və yas mərasimlərini sadəcə adət-ənənə ilə bağlı olduqlarını düşünürlər. Burada yerləşən kilsələrə “dinsiz-imansız”  insanların yığıncağı deyirlər. Fil Zukermanın sözlərinə ğörə, İsveçrədə yaşayan insanların  həyat səviyyəsinin göstəriciləri yüksək olduğundan  dinə qarşı soyuq münasibət göstərirlər.

Samirə Tağıyeva, “İki sahil”