08 avqust 2019 12:50
166

Atlantada odlu silahla 4 nəfər qətlə yetirilib

Corciya ştatının hüquq-mühafizə orqanları Atlanta rayonunda törədilmiş üçqat qətl hadisəsini araşdırırlar.

Dekalb şəhərindən olan serjant C.Spenserin sözlərinə görə, qatil Stoun Mauntin şəhərində iki qadını və bir kişini güllələyib, sonra isə intihar edib.

Polis qatilin özünün cəsədini hadisə yerindən 3 kilometr aralıda tapıb. Polisin fikrincə, qətllər ailə münaqişəsi zəminində baş verib.

AZƏRTAC xəbər verir ki, son iki həftə ərzində ABŞ-da zorakılığın kəskin artması müşahidə olunur. Ötən istirahət günlərində Texasda və Ohayoda kütləvi gülləbaran nəticəsində 30-dan çox adam qətlə yetirilib, əvvəlki həftənin istirahət günlərində Şimali Kaliforniyada keçirilən yay festivalında atışma nəticəsində daha üç nəfər həlak olub.