25 sentyabr 2020 00:32
841

“Avro-2020” məhdud sayda tamaşaçı ilə keçirilə bilər

UEFA-nın İcraiyyə Komitəsinin sentyabrın 24-də keçirilən iclasında “Avro-2020”nin məhdud sayda tamaşaçı ilə keçirilməsi variantını müzakirə edib.

“İki sahil” AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə UEFA İcraiyyə Komitəsinin üzvü Aleksey Sorokin məlumat verib.

Turnirə ev sahibliyi edəcək bütün şəhərlərin sistemli şəkildə növbəti yaya hazırlaşdıqlarını bildirən A.Sorokin tamaşaçıların sayının neçə faiz azaldıla biləcəyini açıqlamayıb. O qeyd edib ki, bu suala indi heç bir cavab yoxdur. Bununla belə, qurum rəsmisi bütün problemlərin aradan qalxacağını və oyunların çox sayda tamaşaçı ilə keçiriləcəyinə ümid etdiyini bildirib.

Avropa çempionatı Avropanın 12 şəhərində - Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçiriləcək.