25 fevral 2020 17:45
1564

AVRO-2020-nin ev sahibliyində dəyişiklik ola bilər

AVRO-2020-ni qəbul edəcək şəhərlərin siyahısında dəyişiklik ola bilər.

"Report" xəbər verir ki, bu barədə UEFA-nın vitse-prezidenti Mişel Uva koronavirus epidemiyasının Avropa çempionatına mümkün təsiri barədə danışarkən deyib.

Qurum rəsmisi bildirib ki, oyunlara ev sahibliyi edəcək ölkələrdən hansısa ölümcül virusa qarşı təminat verməsə, həmin şəhəri başqası ilə əvəz edə bilərlər.

M.Uva virusun Avropada geniş şəkildə yayılacağı halda, Çempionlar Liqası və Avropa Liqasında mübarizənin dayandırıla biləcəyini də istisna etməyib.

Qeyd edək ki, AVRO-2020-nin qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək.