16 yanvar 2020 10:17
556

Avro, rubl və lirə bahalaşıb

Azərbaycan Mərkəzi Bankı bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. 

"İki sahil" xəbər verir ki, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7 manat olub. 

Avronun məzənnəsi 0,17 faiz artaraq 1,8958manat təşkil edib.

Rubl da 0,36 faiz artaraq 0,0277 manat olub.

Lirə də həmçinin 0,14  faiz bahalaşaraq 0,2892 manata yüksəlib.