25 may 2020 15:52
1290

Avrokuboklarda cari mövsüm ləğv olundu?

Basketbol üzrə Avroliqa müntəzəm çempionatında cari mövsüm vaxtından əvvəl başa çatdırılıb.

"Report"un məlumatına görə, bu barədə "Sportando" basketbol portalının rəhbəri Emiliano Karçia özünün "Twitter" səhifəsində bildirib.

O, yazıb ki, bununla bağlı qərar Avroliqa Şurasının bugünkü iclasında qəbul olunub. Rəsmi açıqlamanın yaxın saatlarda veriləcəyi gözlənilir. 

Qeyd edək ki, Avroliqa müntəzəm çempionatı martın 12-də koronavirus pandemiyası səbəbindən dayandırılıb.