Avropa Liqasının qrup mərhələsinin ikinci turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
“İki sahil” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu ada Bolqarıstan “Ludoqorets”indən Elvis Manu, Avstriya “Volfsberger”indən Mixael Lindl, Niderland PSV-sindən Donyell Malen və Serbiyanın “Srvena Zvezda” komandasından El-Fardu Ben-Nabuan iddia edir.
Qalib qurumun saytında azarkeşlər tərəfindən verilən səslər nəticəsində seçiləcək.