07 oktyabr 2019 10:45
833

Avropa Azərbaycanlıları Konqresi “Qarabağ”ın “Düdelanj” ilə oyunu zamanı törədilmiş təxribatı pisləyir

Avropa Azərbaycanlıları Konqresi oktyabrın 4-də Azərbaycanın “Qarabağ” futbol klubunun UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Lüksemburqun “Düdelanj” kollektivi ilə görüşü zamanı bir qrup erməni tərəfindən törədilmiş təxribatı kəskin şəkildə qınayaraq, baş verən bu hadisəni idmanda qəbulolunmaz siyasi (terror) aktı kimi qiymətləndirib.

AZƏRTAC xəbər verir ki, AAK-ın bəyanatında tarix boyu terrorçuluq siyasətindən əl çəkməyən erməni təxribatçılarının bu kimi çirkin əməllərini hər bir sahədə olduğu kimi, idman sahəsində də nümayiş etdirməkləri qeyd olunur. Sənəddə bildirilir ki, “baş verən hadisə yol verilməzdir və Avropa Azərbaycanlıları Konqresi beynəlxalq təşkilatlara erməni təxribatçılarının bu kimi hərəkətlərinin cavabsız qalmamalı olduğunu bəyan edir. Bəyanatda Avropanın müvafiq qurumlarının, baş verən hadisəyə düzgün siyasi qiymət verilməsini tələb olunaraq, əks halda gələcəkdə də idmanın bəzi qrupların siyası oyuna çevrilməsi təhlükəsi olduğu vurğulanır.