12 noyabr 2019 14:06
740

Avropa çempionatının keçiriləcəyi şəhər müəyyənləşib

Yay idman növləri üzrə növbəti Avropa çempionatının keçiriləcəyi şəhər müəyyənləşib.

"Report" turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, yarış 2022-ci ildə Almaniyanın Münhen şəhərində baş tutacaq.

Turnirdə atletika, volesiped idmanı, qolf, gimnastika, akademik avarçəkmə və triatlon yarışları olacaq. Avropa çempionatının 11 - 22 avqust tarixində keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, yay idman növləri üzrə ilk Avropa çempionatı 2018-ci ildə Şotlandiyanın Qlazqo şəhərində və Almaniyanın paytaxtı Berlində keçirilib.