10 avqust 2020 00:14
1040

Avropa çempionatları ləğv edilib

Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin virtual iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, iclasda ilin sonunadək keçirilməsi nəzərdə tutulan bəzi yarışlarla bağlı qərarlar qəbul edilib. 

COVİD-19 pandemiyasının davam etməsi səbəbindən İK səsvermə yolu ilə sentyabr-oktyabr aylarında keçirilməsi planlaşdırılan bütün beynəlxalq turnirlərin, o cümlədən yeniyetmələr və gənclər arasında Avropa çempionatlarının ləğv edilməsini qərara alıb.