14 iyun 2019 13:29
1015

Avropa Parlamentində sağçı populistlər fraksiya yaradıb

“İdentiklik və demokratiya” – Avropa Parlamentinin 9 ölkədən olan, əsasən sağçı populist qüvvələrə aid edilən deputatları öz fraksiyalarını belə adlandırmaq qərarına gəliblər.

AZƏRTAC xəbər verir ki, yeni fraksiyaya hələlik Avropa Parlamentinin 73 üzvü daxil olub. Fraksiyanın sədri italyan “Liqa”sının təmsilçisi Marko Sanni, onun müavinləri isə Fransanın “Milli birlik” Partiyasının baş katibi Nikolya Be və “Almaniya üçün Alternativ” Partiyasının həmsədri Yorq Moyten seçiliblər.