02 fevral 2019 12:18
198

Avropada antisemitizm narahatlıq doğurur

“Avrobarometr” Sosioloji Mərkəzi Avropa İttifaqının üzvü olan 28 dövlətdə sorğu köçürüb. Sorğuya görə, vətəndaşların yarısı hesab edir ki, antisemitizm onların ölkəsində ictimai həmrəyliyə ciddi təhlükə törədir.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, Aİ əhalisinin üçdəbir hissəsinin fikrincə, antisemit əhval-ruhiyyəsi son 5 ildə artıb. Bu artım iri yəhudi diasporlarının yaşadığı ölkələrdə - İsveç, Almaniya, Niderland, Fransa və Danimarkada xeyli yüksəkdir.

Avropa İttifaqının ədliyyə məsələləri komissarı Vera Yurova bu günlərdə bildirib ki, IT-şirkətlər internetdə aqressiyaya xüsusi diqqət yetirir. O deyib: “Onlar təhqiramiz hesab etdikləri fikirlərin, məlumatların 70 faizini siliblər. Mən dedim ki, bu normaldır, çünki biz 100 faizini silmək istəmirik. İfadə azadlığı, söz azadlığı birinci yerdədir”.

Belçika Yəhudi Muzeyinin direktoru isə belə hesab edir: “Əsas məsələ yeni nəsillə belə vacib mövzularda söhbət etməkdir”.

Xatırladaq ki, 2014-cü ildə bu muzeydə terror hücumu nəticəsində 4 nəfər həlak olub.