21 fevral 2020 17:19
1450

Avropada inflyasiya sürətləndi

Bu ilin yanvar ayında Avropa İttifaqında (Aİ) illik inflyasiya ötən ilin dekabr ayna nisbətən 0,1 faiz bəndi artaraq 1,7%-ə çatıb. 

“Report” xəbər verir ki, Avropa Statistika İdarəsi ("Eurostat") məlumat yayıb. 

Ötən ay avrozonada illik qiymət artımı isə 0,1 faiz bəndi artaraq 1,4% təşkil edib. 

Aİ ölkələri arasında inflyasiyanın ən yüksək həddi Macarıstan (4,7%), Rumıniya (3,9%), Polşa və Çexiyada (3,8%), ən aşağı həddi isə İtaliya (0,4%) və Cənubi Kiprdə (0,7%) qeydə alınıb. 

Xatırladaq ki, Avropa Mərkəzi Bankının illik inflyasiya hədəfi maksimum 2%-dir.