17 mart 2020 17:47
880

Avropadan türkləri təxliyə edən ilk təyyarə İstanbula enib

Avropa İttifaqı ölkələrindən türkləri təxliyə edən ilk təyyarə İstanbul Hava Limanına enib.

Bu vətəndaşlar Türkiyənin İstanbul və Kocaeli şəhərlərində yerləşən, öncədən boşaldılmış tələbə yataqxanalarında 14 günlük karantinə alınacaqlar.

Xatırladaq ki, Türkiyənin Daxili İşlər Nazirliyi tərəfindən qəbul olunan qərara əsasən Avropa İttifaqı ölkələrində yaşayan, işləyən və təhsil alan 3 min 614 Türkiyə vətəndaşının təxliyəsi üçün Türk Hava Yollarına aid təyyarələrin 34 çarter reysi etməsi planlaşdırılır.

Təxliyə işlərinin bu gün 23.59-da tamamlanması gözlənilir. //AZƏRTAC