18 aprel 2019 17:12
767

Avroviziya iştirakçısı ölkəsini pislədi

Bu il Yunanıstanı Avroviziya mahnı müsabiqəsində təmsil edən Katerine Duska qalmaqala səbəb olan açıqlama verib.

Sənətçi "EuroVisionary" portalına müsahibəsində ölkəsini tənqid edib: "Yunanıstan məntiqsiz və təşkilatçılığı olmayan bir ölkədir".

Duskanın bu fikirləri sosial şəbəkələrdə tənqid atəşinə tutulub.  Qeyd olunub ki, beynəlxalq layihədə ölkəsini təmsil edən ifaçının bu cür fikir söyləməsi yolverilməzdir.

"Qafqazinfo"