14 iyul 2019 13:35
242

Avstraliya sahillərində 6,8 bal gücündə zəlzələ olub

Avstraliya sahillərində 6,8 bal gücündə zəlzələ olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Qərbi Avstraliya ştatı sahilləri yaxınlığında, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.