05 fevral 2019 12:47
122

Avstraliyada təyyarə yaşayış evinin həyətinə düşüb

Avstraliyanın şərqində yüngülmühərrikli təyyarə qəzaya uğrayaraq, yaşayış evinin arxa həyətinə düşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb. Bildirilir ki, hadisə Kvinslend ştatının cənubunda yerləşən Sanşayn-Kost rayonunda baş verib. Təyyarədə yalnız pilotun olduğu qeyd edilir.

Ştatın təcili yardım xidmətinin nümayəndəsinin bildirdiyinə görə, təyyarənin pilotu kiçik xəsarətlər alıb və onun həyatı üçün heç bir təhlükə yoxdur.

Hazırda qəza yerində aviasiya mütəxəssislərinin və qəza xidməti nümayəndələrinin çalışdığı bildirilir.