28 iyun 2020 14:47
549

Avtomobillə 200 metrlik qayalıqdan düşən futbolçu sağ qaldı

Braziliyanın "Kruzeyro" futbol komandasının yarımmüdafiəçisi Enrike yol qəzasına düşüb.

“Report”un məlumatına görə, bu barədə “Globo Esporte” bildirib. 

Nəşrin məlumatına görə, futbolçunun avtomobili 200 metrlik qayalıqdan düşüb. Zərərçəkənin xilas edilməsi üçün dörd yanğınsöndürən maşın cəlb edilib. Qeyd edilir ki, futbolçu şok vəziyyətindədir, bu səbəbdən o, yol-nəqliyyat hadisəsinin səbəblərini izah edə bilməyib. 

Futbolçunun meneceri isə qeyd edib ki, Enrike sıyrıntılarla canını qurtarıb, ancaq buna baxmayaraq xəstəxanaya yerləşdirilib. Futbolçu hazırda həkim nəzarəti altındadır.