12 iyul 2019 14:01
204

Avtomobillərdən siqaretlər aşkarlanıb

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz 200" markalı avtomobil Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Komitədən "İki sahil"ə verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı "Cek" ləqəbli kinoloji xidməti itinin reaksiyası nəticəsində avtomobilin arxa oturacağının arxa tərəfindən "Marlboro" markalı 2200 ədəd siqaret aşkarlanıb.

Bunda başqa, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz E 220 CDI" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin arxa sağ təkərinin üst hissəsində olan örtüyün arxasındakı boşluqdan gömrük nəzarətindən gizlədilmiş 3400 ədəd "Parliament Heets Green Zing" markalı siqaretlər aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.