11 sentyabr 2019 17:01
940

Avtopilot rejiminə etibar edib sükan arxasında yatdılar - VİDEO

Avtomobil saatda 100 kilometr sürətlə hərəkət edib

Ən dəhşətli kadrları yalnız avtomagistrallarda çəkmək olar. Belə hadisələrdən birinə ABŞ-ın Massaçusets əyalətində sürücülərdən bir şahid olub.

Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, sürücü trasda gedərkən yan zolaqda avtomobilin sükanı arxasında yatmış sürücü və onun sərnişinini görüb. Bu vəziyyətdə avtomobil saatda 100 kilometr sürətlə hərəkətinə davam edib.

Sonradan məlum olub ki, “Tesla” markalı avtomobil avtopilot rejimində idarə edilib.

Hadisə şahidi tərəfindən mobil telefon vasitəsilə qeydə alınan görüntülər, sosial şəbəkədə yayımlanaraq böyük maraq doğurub.

P.S. Bir müddət əvvəl “Tesla” şirkəti xəbərdarlıq etmişdir ki, avtomobil avtopilot rejimində olsa belə, sürücü gərək sükandan əlini buraxmasın.