07 avqust 2019 14:47
287

Avtovağzal Qurban bayramı ilə əlaqədar əlavə avtobuslar cəlb edəcək

Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) Qurban bayramı ilə əlaqədar avqustun 7-dən 14-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Qurumun mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova bildirib ki, bayram günlərində sərnişinlərin rahatlığının təmin olunması və sərnişin sıxlığının tənzimlənməsi məqsədi ilə ehtiyat avtobuslarının sərnişindaşıma prosesinə cəlb olunması ilə yanaşı bütün zəruri tədbirlər görüləcək.

Sərnişinlər şikayət və ya sorğularla bağlı (012) 406-01-58/59 nömrəli məlumat mərkəzinə zəng etməklə yanaşı, [email protected] e-mail ünvanına və ya Bakı Beynəlxalq Avtovağzal Kompleksinin “Facebook” səhifəsinə yazıb müraciət edə bilərlər.

Biletləri BBAK-ın kassalarından gündəlik və ya səfər tarixinə 10 gün qalmışdan 1 gün öncəyədək əldə etmək mümkündür. “Onlayn” qaydada bilet almaq istəyən sərnişinlər avtovagzal.az saytı üzərindən və ya mobil tətbiq vasitəsilə biletlərini təmin edə bilərlər.