20 sentyabr 2020 00:58
1049

Ayxan Abbasov: Heyətimizdə elə futbolçular var ki...

"Maraqlı oyun oldu. Rəqibin son 2 matçdakı performansı göz önündə idi. Biz isə sevinirik ki, ardıcıl ikinci qələbəni qazandıq".

“İki sahil” xəbər verir ki, bu sözləri  "Sumqayıt"in baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 3-cü turunda evdə "Səbail"ə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, hər oyuna uduzmamaq üçün çıxırlar:

"İnanırıq ki, get-gedə daha yaxşı olacaq və azarkeşlərimizi sevindirəcəyik. Hər dəfə komandama inandığımı deyirəm. Digər məqsədimiz gəncləri yetişdirərək, ölkə futboluna qazandırmaqdır. Heyətimizdə elə futbolçular var ki, nə zamansa şans versək, onlar oynayanlardan geri qalmayacaqlar".

Abbasov yeni transfer Cavid İmamverdiyevin tezliklə əvvəlki formasına düşəcəyini və yenə sumqayıtlı azarkeşlər tərəfindən seviləcəyini vurğulayıb. Onun sözlərinə görə, İmamverdiyev öz üzərində işləsə, milli komandaya yüksələ bilər. (Report)