11 iyun 2019 13:06
237

AZAL Bakıdan Dehliyə uçuşlara başlayır

“Azərbaycan Hava Yolları” (AZAL) QSC iyunun 25-dən Bakıdan Dehliyə (Hindistan) müntəzəm və çarter reysləri həyata keçirəcək.

AZAL-dan "İki sahil"ə verilən məlumata görə,  reyslər həftədə bir dəfə - çərşənbə axşamı günləri ekonom və biznes sinif konfiqurasiyalı “Boeing-757” təyyarələri ilə həyata keçiriləcək.

Cari ilin payızından etibarən uçuşların sayı həftədə iki dəfəyə kimi artırılacaq.