27 may 2020 19:17
1457

AZAL: Daha 175 Azərbaycan vətəndaşı vətənə çatdırılıb

Bu gün Milli aviadaşıyıcının çarter reysi ilə 175 nəfər Azərbaycan vətəndaşı Moskvadan Bakıya çatdırılıb.

"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Mətbuat xidmətindən bildirilib ki, ölkəyə gələn bütün sərnişinlər reysdən sonra karantinə yerləşdirilib.

Qeyd edək ki, çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.