"Qalatasaray" azarkeşləri Fatih Terimi dəstəkləmək üçün evinin qarşısına gediblər.
“İki sahil” xəbər verir ki, “Qalatasaray”ın baş məşqçisi Fatih Terimin “Yeni Malatyaspor” matçından sonra, "bu gün özümü çox tənha hiss etdim",deməsi sarı-qırmızılı klubda rəhbərliklə təcrübəli məşqçi arasında problemin olduğunu göstərib.
Buna görə də, bəziləri rəhbərliyin haqlı olduğunu, bəziləri də Fatih Terimin haqlı olduğunu iddia ediblər. Bu problemdən sonra sonra Fatih Terimin komandadan gedişi ehtimalı sarı-qırmızılı azarkeşləri çox narahat edib.
Bir qrup sarı-qırmızılı azarkeşlər dünən Fatih Terimin evi qarşısınada təcrübəli məşqçiyə öz dəstəklərini bildiriblər. Məşəl yandıran və Terimi alqışlayan azarkeşlər , "bir gündə padşah olmadıq, bir gündə taxtdan enməyəcəyik, imperator Fatih Terim ölənə qədər yanındayıq" deyərək, komandanın canlı əfsanəsinin arxasında olduqlarını ifadə etdiblər.
Bu dəstəyin ardından Müfit Erkasap və Fatih Terimin kürəkəni Volkan Bahçekapılı sarı-qırmızılı azarkeşlərin yanına gələrək dəstəklərinə görə təşəkkür ediblər.