04 avqust 2020 12:05
880

Azər Allahverənov: Terrorçu millətin diaspor müstəvisindəki təxribatı da puç oldu

“Azərbaycan həqiqətlərinə kölgə salmağa çalışan ermənipərəst qüvvələr ölkəmiz haqqında mənfi imic fomalaşdırmağa cəhd etsələr də niyyətləri heç zaman  baş tutmayacaq”

 

“Bildiyimiz kimi, iyulun 12-dən başlayan Ermənistan silahlı qüvvələrinin  Tovuz rayonu istiqamətində törətdiyi təxribat xarakterli hərbi əməliyyatlar tək döyüş meydanında davam etmir. Azərbaycan Ordusundan Tovuz döyüşləri zamanı tutarlı zərbə alan və eyni zamanda diplomatik müstəvidə də bizə uduzan ermənilər indi də tamamilə yeni hiylələr, oyunlar planı cızırlar. Bu da  özünü müxtəlif sahələrdə büruzə verir. İstər informasiya müharibəsi səviyyəsində,  istərsə də ki, diaspora müstəvisində  açıq-aşkar müşahidə olunur.”

Bu fikirləri “İki sahil”ə açıqlamasında Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov deyib.

A.Allahverənov bildirib ki,  ABŞ tərəfindən çox vacib  bir sənəd qəbul olunub ki, həmin sənədə əsasən,  Azərbaycan işğala məruz qalan tərəf kimi müəyyən olunmuşdur: “Deməli, bu, həm də Azərbaycanın  diplomatiyasının uğurudur.  Təbii ki, Ermənistan tərəfi  və erməni lobbbisi bunu həzm edə  bilməzdi. İstənilən formada  təxribatlara əl atmalı idilər. Təxribatlardan biri məhz bu oldu ki, Los-Anceles və Brüsseldə  Azərbaycanın diaspora nümayəndələrinə, dinc aksiya keçirən həmvətənlərimizə qarşı zorakılıq tətbiq ediildi. Soydaşlarımıza qarşı xüsusi vəhşiliklə çox böyük fiziki xəsarətlər yetirmiş oldular. Bu tək sıravi vətəndaşlarımız deyil, həm də diplomatik korpusun nümayəndələrinə qarşı edilən vandallıq idi. Bununla da Ermənistanın məhz təcavüzkar tərəf olduğunu bir daha sübuta yetirə biləcək dəlilləri ortaya qoymuş oldu.  ABŞ kimi nəhəng bir dövlətin vacib rəsmi sənədində Ermənistan məhz təcavüzkar tərəf olduğu təsbit edildi. Bu  işğalçı ölkədə aqressiya yaratmaya bilməzdi. Los-Anceles, Brüsseldəki  dinc aksiya zamanı Ermənistanın yaratdığı insidentlər, zorakılıq faktları da  bütün bunların əsl sübutu idi. Bütün bu əməllər göstərir ki,  Ermənistan tərəfi diplomatik müstəvidə də məğlubiyyətə məruz qalır. Fikrimcə, bu müstəvidə  Azərbaycan tərəfi beynəlxalq hüququn verdiyi bütün imkanlardan maksimum yararlanmalıdır. Bunun üçün çox  böyük və geniş miqyaslı araşdırmalar aparılmalı, müraciətlər hazırlanmalı, vəkillik işi daha da təşviq edilməli,  diaspora fəaliyyətinin  daha mütəşəkkil qaydada  təşkil olunmalıdır. Bu gün  diplomatik korpusumuz,  diaspor təşkilatlarımız, kütləvi informasiya vasitələrimiz, xarici nümayəndəliklərimiz çox mütəşəkkil qaydada bütün  zəruri informasiyaları lazımi yerlərə çatdırmalı və tirajlanmalıdırlar. Erməni vandallığına, faşizminə, ədalətsizliyinə qarşı dünya dövlətləri susmamalıdır. Ermənistanın yaratmaq istədiyi deyil də, əsl simasını hər kəs görməlidir.  Çünki bu kimi hərəkətlər insanlığa, bəşəriyyətə qarşı insan hüquqlarının kütləvi şəkildə pozulmasıdır. Bu bəşəri cinayətkarlığa qarşı susmaq olmaz.”

Həmsöhbətimiz qeyd etdi ki,  bu gün sosial  mediada  çox qızğın  müzakirələr gedir və sözün əsl mənasında müharibə həm də virtual müstəvidə üzərində davam edir. Erməni tərəfinin əsas məqsədi isə hansı yolla olursa-olsun Azərbaycan tərəfini suçlu çıxarmaq və dünyaya da elə tanıtdırmaqdır: “Ermənistanın sosial şəbəkə istifadəçilərinin müxtəlif mənfur, məkrli metodlardan istifadə edərək onlayn platforma üzərindən bizim  istifadəçilərə qarşı açıq  müharibə elan etməsi , təxribata  təhrik etməsi özünü açıqca büruzə verir. Belə ki, onlar “Zora zorla cavab vermək lazımdır” kimi başlıqlar altında paylaşımlar edərək, müxtəlif etnik zəmində kütləvi iğtişaşlarla bağlı  müxtəlif çağırışlar edirlər. Bu da əslində, həmin o təxribat xarakterli planın bir hissəsidir.  İşğalçı ölkənin təxribat  dəyirmanına su tökməklə faktiki olaraq,   virtual məkanda, sosial mediada müxtəlif saxta niklər vasitəsilə Azərbaycan soyadından istifadə etməklə bu kimi çağırışlar etməsi əslində, Azərbaycan tərəfinin təxribata çəkmək niyyətini güdür. Dünyaya  sübut etməyə çalışırlar ki, guya  Azərbaycan dinc insanlara qarşı  belə zorakılığa əl atmış olur. Amma sonda nə olur? Hər zaman olduğu kimi bu dəfə də erməni təxribatları bir-bir puç olur, suya düşür. Bu təxribatlar işğalçı ölkəni rüsvay etməkdən başqa heç bir işə yaramır. İşğaldan, oğurluqdan, vəhşilikdən başqa potensialı heç nəyə yetməyən Ermənistan hərbi meydanda olduğu kimi,  informasiya  aləmində də acizdir. Ermənilər beynəlxalq ictimai rəyi çaşdırmaq üçün növbəti dəfə təxribata əl atdılar və indi də bunun üzərində müxtəlif ssenarilər qurub reallaşdırmağa, “azərbaycanlıların məzlum ermənilərə qarşı qəddarlığı" tipli dezinformasiya yaymağa çalışırlar. Ermənistan tərəfi unutmamalıdır ki, Azərbaycan həqiqətlərinə kölgə salmağa çalışan ermənipərəst qüvvələr ölkəmiz haqqında mənfi imic fomalaşdırmağa cəhd etsələr də niyyətləri heç zaman  baş tutmur. Belə qərəzli təbliğatlar hər zaman tutarlı cavablarla susdurulub, iflasa məhkum olub.”

Azər Allahverənov  onu əlavə etdi ki, hazırki situasiyada hökumətimizin təmkinli davranışını və xaricdəki erməni vandalizminin qarşısının alınması üçün hərəkətə keçməsini və dost ölkələrin əlaqədar rəsmi strukturları ilə operativ təmaslar qurmasını yüksək qiymətləndirirəm: “Həmvətənlərimizin təhlükəsizliyinin möhkəmləndirilməsinə diqqəti artırmağa çağırması, radikal erməni qüvvələrinin törətdiyi vandalizm aktlarının aidiyyəti dövlətlərin hüquq mühafizə orqanları tərəfindən araşdırılmasını və bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməsini tələb etməsi tamamilə düzgün addımdır. Bir sözlə, dövlət soydaşlarımızın təhlükəsizliyinin təmin edilməsi üçün əlindən gələn hər şeyi edəcək. Ancaq soydaşlarımız da bu aralar kifayət qədər ayıq-sayıq olmalıdırlar. Çünki indi bütün ermənilər iflasa uğradıqlarını dərk edirlər və bu da onları günü-gündən daha da aqressivləşməyə sövq edir.  Həssas məqamda xaricdəki hər bir soydaşımızın maksimum diqqətli olması lazımdır. Erməni radikalların zorakı addımlarının və təxribatlarının sayı və dərəcəsinin artdığını nəzərə alaraq, daha ehtiyatlı və tədbirli olmalıdırlar. Tovuz döyüşlərində Azərbaycan Ordusuna uduzan ermənilər indi də diasporlar müharibəsinə start veriblər. Lakin biz işğalçı və terrorçu millətin diaspor müstəvisində bizə qalib gəlməsinə  yol verməməliyik.”

Yaqut Ağaşahqızı, “İki sahil”