06 noyabr 2019 13:41
98

Azər Qasımlı İSTEFA VERDİ

İlqar Məmmədovun niyyəti budur ki, partiyanı təkbaşına idarə etsin. Son nəticədə isə "Real" partiyası bir təşkilat olaraq sıradan çıxsın.

Publika.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Real Partiyasından istefa verən partiya Məclisinin sabiq sədri Azər Qasımlı bu gün keçirdiyi mətbuat konfransında deyib.

O, "Real"da avtoritar rejim qurulması istiqamətində addımlar atıldığını bildirib.

"Mən görürdüm ki, baş verən proseslər "Real"ı iki yerə parçalayacaqdı, iki "Real" yaranacaqdı. Mən isə bunu istəmirəm, "Real"ın iki yerə parçalanmasında iştirak etmək niyyətində deyiləm, ona görə istefa vermək qərarına gəldim", - deyə A.Qasımlı vurğulayıb.

O, İ. Məmmədovun "Real"da avtoritar rejim qurmaq istədiyini deyib:

"Bu gedişlə "Real"da seçki, hesabatlılıq, məsuliyyət deyilən bir şey olmayacaq. Ona görə də mən İlqar Məmmədovun partiyasından gedirəm, özümü bu avtoritar strukturda görmürəm. Burda qalmaq avtoritar strukturda olmaq deməkdir. "Real"da avtoritar rejim formalaşıb".

A.Qasımlı siyasətdən getmədiyini, mövqeyimi dəyişmədiyini deyib.

İndiki mərhələdə partiya yaratmaq fikrinin olmadığını söyləyən A.Qasımlı bununla belə, gələcəkdə hər şey ola biləcəyini diqqətə çatdırıb.