19 fevral 2019 20:11
575

Azərbaycan Almaniyadan məhsul idxalını azaldıb

Yanvarda Azərbaycan Almaniyadan məhsul idxalını azaldıb.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, ötən ay Azərbaycan Almaniyadan 44 milyon 753 min ABŞ dolları dəyərində məhsul idxal edib. Bu isə 2018-ci ilin müvafiq ayına nisbətən 5 milyon 614 min dollar azdır.

Keçən ay Azərbaycandan Almaniyaya ixrac edilən məhsulun dəyəri isə 34 milyon dollar olub.