07 sentyabr 2019 12:31
156

Azərbaycan badmintonçusu beynəlxalq turnirdə dörddəbir finala yüksəlib

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Ukraynanın Xarkov şəhərində keçirilən “RSL Kharkıv International 2019” turnirində dörddəbir finala yüksəlib.

AZƏRTAC xəbər verir ki, ilk görüşdə meksikalı Lino Munozla qarşılaşan təmsilçimiz rəqibini 2:1 hesabı ilə məğlub edib (16:21, 21:18, 21:18). Badmintonçumuz səkkizdəbir finalda kanadalı idmançı Baqalur Rayanna Sankeerthlə görüşüb. Gərgin keçən qarşılaşmada badmintonçumuz rəqibini 2:1 hesabı ilə üstələyib (21:14, 14:21, 21:16). E.R.Dviçayo dörddəbir finalda fransalı idmançı Toma Junior Popovla üz-üzə gələcək.

Qeyd edək ki, 68 badmintonçunun iştirak etdiyi turnirə sentyabrın 8-də yekun vurulacaq.