21 yanvar 2020 17:50
1389

Azərbaycan bankı işçilərini robotla əvəz edib FOTO

Azərbaycan Beynəlxalq Bankında “IBA Bot” adlı robot fəaliyyətə başlayıb.

“İki sahil” xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankının Bakı şəhəri Nizami küçəsi – 67 ünvanındakı Müştəri Xidməti Departamentinə müraciət edən müştəriləri bundan sonra “IBA Bot” qarşılayacaq,  onların suallarını cavablandıracaq.

Robot bankın xidmət və məhsullarından istifadə zamanı müştərilərə istiqamət verəcək.

Robot  müştərilərlə çox asan və rahat ünsiyyət  qura bilir, onların simasını yadında saxlayır. Banka növbəti dəfə gələrkən müştəriləri adları ilə tanıyır.

“IBA Bot” bank xidmət və məhsulları haqqında yetərincə məlumatlıdır. 

Bildirilib ki, robot müştəriləri xidmət üçün müvafiq bölmələrə istiqamətləndirmək bacarığına sahibdir.

Elektron növbə cihazı ilə inteqrasiyadan sonra müştərilər öz növbə nömrələrini də birbaşa “IBA Bot”dan alacaqlar. Eyni zamanda, robot gələcəkdə digər bank sistemlərinə də inteqrasiya edərək bəzi xidmətləri göstərə biləcək.