09 aprel 2020 09:58
1056

Azərbaycan - Ermənistan qarşılaşması ləğv olundu

Beynəlxalq Basketbol Federasiyası (FIBA) iyunda keçirilməsi planlaşdırılan bütün turnirləri ləğv edib.

Qol.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan yığmasının iştirak edəcəyi kiçik dövlətlərin Avropa çempionatı da bu il olmayacaq.

B qrupunda Azərbaycan və Ermənistanla yanaşı, İrlandiya ilə Andorra yığmaları da mübarizə aparmalı idi.

FIBA növbəti iclasında yarışın yeni vaxtını müzakirə edəcək.

Qeyd edək ki, Avropa çempionatı iyunun 28-dən iyulun 4-dək İrlandiyanın Limerik şəhərində keçirilməli idi.