18 mart 2019 13:18
500

Azərbaycan gömrükçüləri 900 min ədəddən çox pirotexniki vasitə aşkarlayıblar 

Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin keçirdiyi əməliyyat tədbiri nəticəsində "Mercedes-Benz 408" markalı yük avtomobilinin arxa yük yerində Azərbaycan vətəndaşına məxsus müxtəlif markalı 912 989 ədəd pirotexniki vasitələr aşkar edilib.

Bu barədə "Report"a Gömrük Komitəsindən bildirilib. 

Faktla bağlı araşdırma aparılır.