20 sentyabr 2020 16:43
1289

Azərbaycan güclü siyasi, iqtisadi, hərbi, diplomatik və enerji pontensialına malikdir

Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev: 
“Azərbaycan güclü siyasi, iqtisadi, hərbi, diplomatik və enerji pontensialına malikdir”

“Əsrin Müqaviləsindən” artıq 26 il ötür. Bilirəm ki, bir çox natiq bu günlə bağlı maraqlı fikirlər ortaya qoyacaqdır. Lakin heç şübhəsiz ki, belə bir əhəmiyyətli gündə dövlət başçı möhtərəm, cənab Prezident İlham Əliyevin Dərin Özüllər Zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak etməsi və sonra ölkə gündəmini əhatə edən, xalqı maraqlandıran suallara cavab verməsi heç şübhəsiz günün ən əhəmiyyətli hadisəsidir. Öncəliklə deyim ki, “Abşeron” yatağı Azərbaycan neftçilərinin, xüsusəndə Xöşbəxt Yüsifzadənin qətiyyəti və cənab Prezidentin iradəsi nəticəsində 350  milyard kubmetr qaz və 45 milyon ton kondensat ilə hələ uzun illər Azərbaycan əhalsinin, daxili bazarın artan qaza olan ehtiyacını ödəyəcək gücdədir. Unikal bir yataq olacaqdır. Xəzər dənizinin Azərbaycan hissəsində, Bakının 100 km cənub-şərqində, 500 metr dərinlikdə yerləşən bu yatağın ən böyük özəlliyi ondan ibarətdir ki, yataq neft daşlarında yerləşən mərkəzləşmiş moduldan və minumum fiziki insan əməyindən istifadə edilərək idarə olunacaqdır. “Abşeron” yatağı eyni zamanda da Xəzərdə bu günə qədər qazılmış ən dərin yataqdır. Hesab edirəm ki, Neftçilərin Peşə bayramında belə bir tarixi açılışa qatılaraq, Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində cənab Prezidentin iştirakı və ömrünün doqquz ilini Dövlət Neft şirkətində bu sahəyə həsr etdiyini xüsusi qeyd etməsi, bu sahədə öyrəndiklərinin sonra ona Prezident kimi fəaliyyətində kömək etdiyini vurğulaması Azərbaycan neftçisinə verilmiş ən yüksək qiymət qiymətdir.

Azərbaycan neftçilərini qəhraman adlandıran cənab Prezident neftçilərin Azərbaycan iqtisadiyyatında hələ uzun müddət əhəmiyyətli rola malik olacağını xüsusi qeyd etdi. Azərbaycan güclü neft ölkəsidir, lakin neftdən asılı ölkə deyil. Təbii ki, bu o demək deyildir ki, Azərbaycanda qeyri-neft sektoru inkişaf etməyəcək, bu o deməkdir ki, Azərbaycan nefti, qazı hələ uzun müddət öz aktuallığını qoruyacaq saxlayacaqdır. Eyni zamanda da Azərbaycan dünya və xüsusi ilə də Avropa üçün çox etibarlı tərəfdaşdır.

Neft tariximizə də toxunan cənab Prezident çox düzgün qeyd etmişdir ki, 19-cu əsrin sonları və 20-əsrin əvvəllərində Azərbaycanda ciddi dövlətçilik ənənələri olsa idi və bu dövlət Azərbaycanın təbii sərvətlərini düzgün dəyərləndirib, xalqın istifadəsinə, inkişafına, tərəqqisinə həsr edə bilsə idi, sözün bütün mənalarında Azərbaycan bir əsr boyunca neftə, qaza olan təlabat nəticəsində ən zəngin dünya dövlətinə çevirilə bilərdi heç şübhəsiz. 20-ci əsrin əvvələrində Azərbaycan öz müstəqilliyini qazana bilmişdir. Lakin öz iqtisadi müstəqilliyini qoruyub, saxlaya bilmədiyi üçün və region, dünya dövlətlərinin maraqlarını düzgün qiymətləndirə bilmədiyi üçün Azərbaycan xalqı bir əsirə yaxın müddətdə Sovet İttifaqının yerli və milli maraqlara cavab verməyən ancaq plan və hasilat tələb etmə siyasətinə və istismarına məruz qalmışdır.

102 il əvvəl dünyada sənaye inqilabları yaşanır, yeni zavodlar, fabriklər tikilirdi. Dünyada neftə olan ehtiyac hər gün bir az daha artırdı. Dünya sənaye inqilabının bir parçasına bir əsr bundan əvvəl çevirilə bilmədiyimiz üçün bir əsrə yaxın neft- qaz ehtiyatlarımız bizim belə iznimiz soruşulmadan Sovet İttifaqının heç bir təbii sərvətinə malik olmayan xalqlarının təminatını həyata keçirdib.

Məlumat üçün bildirim ki, Əsrin Müqaviləsindən bu günə qədər biz Sovet İttifaqı dönəmində çıxarılmış neft və qaz ehtiyatımızın bir hissəsini çıxartmamışıq. Yəni bizi sözün bütün mənalarında istismar ediblər.

“Əsrin Müqaviləsinin” imzalandığı anlara da tarixi eksursiya edən cənab Prezident o dövrlərdə belə bir müqavilənin imzalanmasını nə qədər çətin olduğunu bildirib. Doğurdanda o dövrdə, Ermənistan-Azərbaycan Qarabağ münaqişəsinin davam etdiyi bir vaxtda, büdcəmizdə nəyin ki, hər hansı bir neft quyusu qazmaq üçün vəsait yox idi, hətta insanların maaşlarını vermək üçün Mərkəzi Bankın pul kəsdiyini bir zamanda ancaq Heydər Əliyev kimi dühanın şəxsi zəmanətləri hesabına “Əsrin Müqaviləsini” imzalamaq mümkün olmuşdur. Atəşkəsin anlaşmasının imzalanması, döyüş prosseslərinin nizama salınması və dünyanın böyük dövlətlərinə məxsus neft şirkətlərinin Azərbaycanda bu işə cəlb edilməsi adi siyasətçi qabiliyyəti deyildi. Bunları etmək üçün Heydər Əliyev olmaq lazım idi. Əlbəttə müdrik siyasi xadim bunu bacardı.

90-cı illərin əvvələrində Ulu Öndərə və onun simasında Azərbaycan xalqına düşmənlik edən Kreml, xüsusəndə Qorboçov heç təsəvvür belə edə bilməzdi ki, Heydər Əliyev yenidən siyasi səhnəyə qayıdaraq öz xalqının siyasi varlığını məhz belə iqtisadi layihələr hesabına həyata qoruyub, saxlayacaqdır. Düşünürəm ki, müasir dünyada neft sadəcə iqitsadi bir amil deyil. Neft eyni zamanda  dövrümüzün “strateji-siyasi silahıdır”. Biz əgər öz ən yeni tarximizə baxsaq və ətraflı müqayisə etsək görərik ki, Ulu Öndər Heydər Əliyevin “Əsrin Müqaviləsi” başdan yazdığı illərdə Azərbaycan hansı siyasi məngənələr arasında idi. Əgər onun müdrik siyasəti olmasa idi, biz digər yaxın şərqin sözün bütün mənalarında bədbəx neft ölkələrindən heç nə ilə fərqlənməzdik.

Siyasi və iqtisadi azadlıq anlayışları bir-birlərinə tam mütənasibdir. Coğrafi-strateji mövqeyi ucbatından Azərbaycanda dünya dövlətlərinin maraqları həmişə olub. Bu məsələ Azərbaycan xalqının taleyidir. Əsas məqam dünya dövlətlərinin Azərbaycandakı maraqlarını münaqişə mahiyyətindən əməkdaşlıq formatına keçirtmək idi. O dövrün ən əsas sualı və qarşımızda duran tapşığı bu idi. Hesab edirəm ki, bu amil indi də, öz aktuallığını qoruyur. Bu gün bu danılmaz faktdır ki, Azərbaycan güclü siyasi, iqtisadi, hərbi, diplomatik və enerji pontensialına malikdir.

“Əsrin müqaviləsinin” ardınca 40-dan çox neft müqavilələri imzalanmışdı. Bir zamanlar Azərbaycanın gücünə inanmayan dövlətlər və yaxud da Azərbaycanın gücsüzlüyndən divident qazanmaq istəyən şirkətlər sözün bütün mənalarında Azərbaycanla əməkdaşlığa can atır. Bu gün Azərbaycan öz rezevrləri hesabına neft-qaz yataqlarını istismar edir, yeni quyuların qazılmasını təşkil və təmin edir. Dünyanın müxtəlif regionlarında müxtəlif istiqamətli kapitallar qoyur. Cənab Prezidentin üzərində dayandığı və ilk Prezident seçiləndən dərhal sonra vurğuladığı neft kapitalının insan kapitalına çevirilməsi və qeyri-neft sektorunun inkişafı məsələləri Azərbaycan və onun imkişafı üçün prioritetdir.

İnfrastruktur layihələrin uğurla həyata keçirilməsi, bir zamanlar Bakının mərkəzi rayonlarında belə təbii qazın olmadığı halda bu gün ölkənin ən ucqar kəndində belə qazlaşdırmanın həyata keçirilməsi və bu rəqəmin 96 faiz təşkil etməsi, yolların çəkilməsi, kanalizasiya, elektrik, su xəttlərinin yenilənməsi, həyata keçirilən ekoloji layihələr və digər ölkə miqyasında görülən işlər hamısı “Əsrin Müqaviləsi” imzalandıqdan sonra baş verən tərəqqi prossesinin tərkib hissələridir.

Gündəmə aid digər sualları cavablandıran və maraqlı məqamlara toxunan Ali Baş Komandan və ölkənin Ali Baş Diplomatı möhtərəm cənab Prezident İlham Əliyev bir daha Azərbaycan xalqı ilə səmimi fikirlərini bölüşdü.

Ermənistan- Azərbaycan Qarabağ münaqişəsi ilə bağlı sualları cavablayarkən bir daha görsənir ki, Azərbaycan Respublikası və Azərbaycan xalqı ilə dövlət başçısının mövqeyi birdir. Ən əsas diqqət çəkən məqam isə ondan ibarətdir ki, regionda Azərbaycan hərbi, siyasi, diplomatik və xüsusi xidmət orqanlarının fəaliyyəti nöqtey-i nəzərindən sözün bütün mənəlarında regiona və baş verən prosseslərə nəzarət edir və etməlidir. Ermənistanın sürətlə silahlandırılması və müxtəlif terror təşkilatlarının əsasən erməni əsilli üzvləri hesabına Azərbaycanın işğal olunmuş ərazilərində hərbi bazalar quraraq, müharibəyə hazırlaşması faktdır. Beləki,  Ermənistanda baş verən ən xırda yenilik haqqında məlumat sahibi olan Azərbaycan onun qarşısını müxtəlif yollarla almağa qadir və hökmündə olan bir dövlətdir.

Diqqətimi çəkən daha bir məqam Azərbaycan Prezidentinin Azərbaycan xalqının səbrinin sonsuz olmadığına etdiyi bariz işarə idi. Bilirsiniz ki, Azərbaycan hər zaman Beynəlxalq hüquq normalarına və qaydalarına, ölkələrin ərazi bütövlüyü amilinə hörmətlə yanaşır. Bu son Tovuz təxribatlarında da belə idi. Belə ki, Azərbaycan ordusu sərhəddi Tovuz istiqamətindən keçərək, Ermənistan ərazisinə daxil ola biləcəyi halda bunu etmədi. Lakin heç bir qayda tanımayan Ermənistana bəlkə də cənab Ali Baş Komandan son xəbərdarlığını etdi. Bundan sonra biz də qaydalara tabe olmaya bilərik deyərək.

Ermənistanda baş verən daxili çəkişmələr və dövlət çeviriliş nəticəsində hakimiyyətə gələn Paşinyan görünür ya ağlını itirib yada qarşısında ki, opponentinin bir dünya lideri olduğunu unudub ki, axmaqların belə etməyəcəyi kimi, şərtlər irəli sürür. Bu məqama da toxunan cənab Prezident heç kimin Azərbaycanla “başqa dildə” və tərzdə danışa bilməyəcəyini bir daha diqqətə çatdırdı. Paşinyan bütün dünya tərəfindən nəyin ki, ciddi dövlət xadimi, heç ciddi siyasətçi kimi də qəbul olunmur. O hələ də dərk eləmir ki, o adi bloggerdir və tam təsadüf nəticəsində baş nazir olmuşdur. Lakin hesab edirəm ki, onun verdiyi qərarlar, atdığı bütün biabırçı addımlar onun siyasətdə təsadüfi adam olduğunu sübut edir. Məsələn öz ordusunun kəşfiyyat qrupunun komandirini çoban və yaxud da dəli adlandıran, bu fikri bir neçə dəfə təkrar edən baş nazir, öz millətini elə çoban adlandırmış hesab olunur.

Ermənistan-Azərbaycan Qarabağ münaqişəsi ilə bağlı da çox nikbin bəyanatlar verən cənab Prezident o torpaqlara yenidən qayıdacağımızı və o yerləri yenidən bərpa edəcəyimizi bir daha vurğuladı. Hesab edirəm ki, bu sözlər Azərbaycan xalqı böyük stimuldur

Regionda Ermənistan ciddi təhlükə qaynağıdır. Haqlı olaraq Azərbaycan narahatdır və  hər an onu və onun əməkdaşlıq etdiyi ölkələri, qurumları və təşkilatları nəzarətdə saxlayır. Bəs görəsən islam dəyərlərinə, adət-ənənələrinə, islam əməkdaşlığına yüksək dəyər verən Azərbaycanın haqlı narahatçılığını bəzi müsəlman dövlətləri görmürmü? Ermənistan bütün dünyada müsəlmanları güya ki, təhlükə mənbəyi kimi göstərməklə, İslamafobianı əlində bayraq etməklə, dünya xristiyanlarından, “Soros” kimi dırnaq arası demokratiya fondlarından, Xristiyan-erməni lobbisindən qrant, yardım, ianə diləndiyi bir zamanda bəzi müsəlman dövlətlərinin onlarla əməkdaşlıq etməsi bizi narahat etməyə bilməz. Cənab Prezidentin də vurğuladığı kimi onlar bilməlidir ki, müsəlmanlara müqəddəs olan məkanlarda, məscidlərdə donuz saxlamaq elə İslam dinininə ən böyük təhqirdir. Hər halda əhalisinin böyük əksəriyyəti müsəlman olan güclü Azərbaycan Respublikası dəfələrlə daha yaxşı tərəfdaşdır, özünü təmin edə bilməyən, hansı məzhəbə qulluq etdiyi bilinməyən Ermənistandan.

Qarşısında hər kim olursa olsun Azərbaycan öz milli maralarını müdafiə edə biləcək qüdrətdədir. Bu qüdrətimiz əlbəttə dostlarımızın və tərəfdaşlarımızın sayının artmasına xidmət edir. Regionda və dünyada Azərbaycanın dostları az deyildir. Biz onları qonşu Gürcüstanın və qardaş Türkiyənin qismində görürük və yüksək qiymətləndiririk. Ermənistana gedən  Rusiya və Serbiya silahlarını öz ərazsindən buraxmayan Gürcüstan və hər zaman bir millət iki dövlət anlayışına sadiq qalan Türkiyə son hadisələrdə ədalətli mövqe tutaraq xalqımızın yaddaşına öz müdrik hərəkətləri ilə həkk olunmuşlar.