14 sentyabr 2019 12:53
909

Azərbaycan güləşçiləri dünya çempionatına qələbə ilə başlayıb

Azərbaycanın güləş millisi Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

Trend-in məlumatına görə, 72 kq çəkidə yer alan yunan-Roma güləşçisi Sənan Süleymanov təsnifat mərhələsində xorvatiyalı Dominik Etlingeri məğlub edib - 2:0. O,1/8 finalda gürcüstanlı Yuri Lomadze ilə üz-üzə gələcək.

82 kq çəkidə yarışan Rafiq Hüseynov isə moldovalı Mihail Braduna 6:0 hesabı ilə qalib gəlib. Onun 1/8 finaldakı rəqibi ukraynalı Yuri Şkryuba olacaq.