20 oktyabr 2020 15:07
759

Azərbaycan-Gürcüstan elektrik xətti qısa vaxtda bərpa edilib

Xəbər verildiyi kimi, oktyabrın 17-də təcavüzkar erməni silahlı birləşmələri saat 01:00 radələrində Mingəçevir və Gəncə şəhərlərinə ballistik raketlərdən zərbələr endirib.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) İctimaiyyətlə əlaqələr və media mərkəzindən "İki sahil"ə bildirilib ki, Mingəçevir şəhərində yerləşən elektrik stansiyalarına hədəflənmiş raketlər havada məhv edilsə də Gəncə istiqamətində endirilən zərbə nəticəsində beynəlxalq əhəmiyyətli 500 kilovoltluq Samux-Qardabani hava elektrik xəttində qəza baş verməsinə səbəb olub. 24 saat fasiləsiz xidmət göstərən ASC-nin əməkdaşları qısa vaxt ərzində Azərbaycandan Gürcüstana enerji ötürülən xəttə baş verən qəzanı aradan qaldırıblar.