03 avqust 2020 19:16
1121

Azərbaycan həkimlərinə dəstək mesajı -  VİDEO

Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, dünyanın 14 müxtəlif ölkələrindən ( Türkiyə, Almaniya, Misir, Rusiya, Niderland, İsveç, Oman, Belçika, Nigeria , Çexiya, Almaniya, İngiltərə, Fransa, Birləşmiş Ərəb Əmirlikləri) “Azerbaijani Ladies Club”un nümayəndələri Azərbaycanda ön cəbhədə çalışan həkim və orta tibb işçilərinə qarşı biganə qalmadılar.
Bu klubun rəhbəri Kəmalə Ceylinovanın müsahibəsində dediyi kimi: “Biz Azərbaycan qadınları harda yaşamağımızdan asılı olmayaraq ürəyimiz təbii ki, Azərbaycanla döyünür. Təəssüflər olsun ki, əlimizdən bu günlərdə heç nə gəlmir, amma çalışdıq ki, dəstəyimizi bu cür çatdıraq. Allah xəstəliklə mübarizə aparan hər kəsə kömək olsun! Bütün həkimlərimizin yaxınlarına və doğmalarına səbr arzu edirik! Həkimlərimizə və bütün tibb işçilərimizə sonsuz minnətdarlığımızı bildiririk!“
Qeyd edək ki, “Azerbaijani Ladies Club” cari ilin aprel ayından fəaliyyət göstərir.
Bu kluba dünyanın müxtəlif ölkələrində yaşayan ziyalı qadınlar daxildir. Klubda həkimlər, alimlər, müəllimələr, musiqiçilər, iş qadınları, rəssamlar, modelyerlər, media işçileri, diaspor fəalları və digər sənət sahibləri xanımlar var. Klubun məqsədi dünyanın müxtəlif ölkələrində fərqli layiheler həyata keçirməklə yerli ictimaiyyətə Azərbaycanı tanıtmaq, sevdirmək və ən əsası Qarabağ həqiqətlərini bütün dünyaya çatdırmaqdır.