06 noyabr 2019 10:05
65

Azərbaycan məhsulları “2019 China International Import Expo”da

Çin Xalq Respublikasının Şanxay şəhərində “2019 China International Import Expo” Beynəlxalq Ərzaq Sərgisi öz işinə başlayıb.

"İki sahil" xəbər verir ki, 5-10 noyabr tarixlərində keçiriləcək sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 26 Azərbaycan şirkətinin məhsulları da nümayiş olunur.

Sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirəcək, məhsul ixracına dair müzakirələr aparacaqlar.