06 aprel 2020 12:36
1018

Azərbaycan millisi üçün daha bir italiyalı namizəd

Futbol üzrə Azərbaycan millisinin baş məşqçi postuna daha bir namizəd müəyyənləşib.

"Report"un "Fotospor"a istinadən verdiyi məlumata görə, bu, italiyalı mütəxəssis Eusebio Di Françeskodur.

Əvvəllər İtaliyanın müxtəlif komandalarında çalışmış Di Françesko 2017-ci ildə "Roma"nın baş məşqçisi ikən Çempionlar Liqasının qrup mərhələsinin "Qarabağ"la oyunu üçün Bakıya səfər edib. Bakı Olimpiya Stadionunda keçirilmiş görüş italiyalıların qələbəsi ilə yekunlaşıb - 2:1.

Hazırda Di Françesko ilə Türkiyənin "Fənərbağça" klubu da ciddi maraqlanır.

Qeyd edək ki, daha öncə italiyalı mütəxəssislərdən Canni De Byazi, Luici Di Byaco və Çezare Prandelli də Azərbaycan millisinin baş məşqçi postuna namizəd olub.