24 fevral 2020 10:00
1157

Azərbaycan nefti bahalaşıb

Ötən həftə ərzində (17-21 fevral) dünya bazarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb.

"İki sahil" xəbər verir ki, Azərbaycan neftinin 1 barrelə olan qiyməti həftə ərzində 0,874 ABŞ dolları və ya 1,45% artaraq orta hesabla 61,21 dollara bərabər olub. Həftə ərzində ən yüksək göstərici – 62,2 dollar təşkil edib, ən minimal göstərici isə 60,21 dollara bərabər olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Martda çatdırmaq şərti ilə təbii qaza olan 2,52% azalaraq 1,86 ABŞ dolları təşkil edib.