10 iyul 2020 18:46
1062

Azərbaycan Ordusunda koronavirusa yoluxma halı yoxdur

Azərbaycan Ordusunda koronavirusa yoluxma halı yoxdur.

Bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi Hikmət Hacıyev deyib. Onun sözlərinə gğrə, orduda bu məsələ nəzarət altındadır: "Mən bu barədə bu gün Azərbaycanın müdafiə naziri, general polkovnik Zakir Həsənovla da danışmışam. O bildurib ki, hazırsa vəziyyət nəzarətdə saxlanılır. Əfqanıstandakı Sülhməramlı arasında bir hərbçimizdə virus aşkarlanmışdı o da dərhal Azərbaycana gətirilərək karantinə götürülüb. Hazırda orduda vəziyyət nəzarətdədir. Hərbi hissələrin tibb xidmətləri də hərbçikər arasında testlər keçirir və vəziyyətə xüsusi nəzarət olunur".