18 iyun 2019 13:30
1231

Azərbaycan Ordusunun təlimləri döyüş vəziyyətinə yaxın şəraitdə təşkil edilir

Bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov iyunun 18-də keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, təlimlər döyüş vəziyyətinə maksimum yaxın şəraitdə keçirilir. Səhra bacarıqlarının artırılması ilə əlaqədar tez-tez təlimlər təşkil olunur. Azərbaycan Türkiyənin bu sahədə təcrübələrini öyrənir. İki qardaş ölkə birgə təlimlər təşkil edir.