04 noyabr 2019 16:32
122

Azərbaycan Premyer Liqası: "Keşlə" - "Neftçi" matçının vaxtı açıqlanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun proqramı açıqlanıb.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, mərkəzi qarşılaşma noyabrın 9-da "Keşlə" və "Neftçi" arasında keçiriləcək. "ASCO Arena"da təşkil olunacaq qarşılaşma saat 17:00-da başlanacaq. XI tura ertəsi gün “Qarabağ” – “Zirə” matçı ilə yekun vurulacaq. 

9 noyabr (şənbə)

15:00. “Qəbələ” – “Səbail”

Qəbələ şəhər stadionu

17:00. “Keşlə” – “Neftçi”

“ASCO Arena"

10 noyabr (bazar)

16:30. “Sabah” – “Sumqayıt”

“Bank Respublika Arena”, 

19:00. “Qarabağ” – “Zirə”

Tofiq Bəhramov adına Respublika Stadionu