18 mart 2020 10:38
887

“Azərbaycan Sənaye Korporasiyası” profilaktik tədbirlər görür

Son zamanlar bütün dünyada narahatlıq yaradan yeni tipli koronavirus (COVİD-19) və digər kəskin respirator xəstəliklərə qarşı “Azərbaycan Sənaye Korporasiyası” ASC-də ciddi profilaktik tədbirlər görülür. 

"İki sahil" xəbər verir ki, korporasiyanın inzibati binasına daxil olan şəxslərin hərarəti xüsusi qurğu vasitəsi ilə yoxlandıqdan sonra, onların əlləri antibakterial məhlulla dezinfeksiya edilir.  Qeyd edək ki, Korporasiyanın inzibati binası gündəlik təmizlikdən sonra mütəmadi olaraq xüsusi dərman məhlullarından istifadə edilməklə dezinfeksiya olunur.