20 oktyabr 2020 12:56
725

Azərbaycan təbii qaz ixracını artırıb

Yanvar-sentyabr aylarında ölkədən 10 milyard 154,4 milyon kubmetr təbii qaz ixrac edilib.

Dövlət Gömrük Komitəsindən "İki sahil"ə verilən məlumata görə, ixrac edilən təbii qazın dəyəri isə 1 milyard 891,6 milyon ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə ölkədən 9 milyard 103,2 milyon kubmetr təbii qaz ixrac edilmiş, həmin ixracın dəyəri 1 milyard 810,5 milyon dollar olmuşdu.