14 fevral 2020 18:05
651

Azərbaycan Türkiyə təcrübəsini öyrənir

“Azərbaycanda iribuynuzlu heyvanların ifrazatlarından metan qazının alınması layihəsi icra edilə bilər”.

Bu barədə “Report”a Kənd Təsərrüfatı Nazirliyi yanında Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev bildirib.

Onun sözlərinə görə, Türkiyədə belə iribuynuzlu heyvanların ifrazatından metan qazının alınması ilə bağlı təcrübə var : “Belə ki, Türkiyədə bəzi iri təsərrüfatlarda iribuynuzlu heyvanların ifrazatından qaz alınaraq ətraf qəsəbələr qazlaşdırılır. Bu kimi layihənin Azərbaycanda işlənilməsi və yaxın gələcəkdə tətbiqi nəzərdə tutulur”.

O xatırladıb ki, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda artıq 100 iribuynuzlu mal-qara üçün nəzərdə tutulan kompleks tikilir: “Azərbaycan şəraiti üçün heyvan cinslərinin müəyyənləşdirilməsi aparılır. Yaxın gələcəkdə bu istiqamətdə işlərimiz aparılacaq”.