11 avqust 2020 12:23
770

Azərbaycan və Türkiyə Xarici İşlər nazirlərinin görüşü keçirilir

Ankarada Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşü keçirilir.

AZƏRTAC xəbər verir ki, nazirlərin təkbətək görüşündən sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş olacaq. Sonra nazirlər görüşün yekunlarına dair mətbuat konfransı keçirəcəklər.